AZ

Klaudio Ranyeridən imtina

73 yaşlı Klaudio Ranyeri İtaliya millisinin yeni baş məşqçisi olmaq təklifini rədd edib.

İdman.biz xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 9-da Moldova ilə keçirilən oyun (2:0) 66 yaşlı Luçano Spalletti üçün millidə sonuncu olub.

O, 2023-cü ildən "Squadra Azzurra"ya rəhbərlik edirdi.

Ranyeri bu təklifə görə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya təşəkkürünü bildirərək sözlərinə belə davam edib: "Mənim üçün böyük şərəfdir, lakin düşündüm və "Roma"da yeni vəzifəmdə qalmağa qərar verdim".

2024-2025-ci illərdə “Roma”nı çalışdıran Ranyeri hazırda klubun idarə heyətinin müşaviridir. O, məşqçilik karyerasının müxtəlif dövrlərində "Kalyari", "Yuventus", "Napoli", "Fiorentina", "İnter", "Monako", "Çelsi", "Fulhem" və digər komandalara da rəhbərlik edib.

İdman.biz

Seçilən
54
1
idman.biz

2Mənbələr