AZ

2026-cı ildə Bakıda keçiriləcək “Formula 1” yarışının tarixi açıqlanıb

“Formula 1” mərhələlərinin 2026-cı il üçün təqvimi açıqlanıb. Buna əsasən, Azərbaycan Qran Prisi sentyabrın 25-dən 27-dək keçiriləcək.

Beynəlxalq Avtomobil Federasiyasının və “Formula 1” təşkilatçılarının gələn il üçün dərc olunmuş təqviminə əsasən, 2026-cı ildə “Formula 1” Azərbaycan Qran Prisi sentyabrın 25-dən 27-dək keçiriləcək.

2026-cı ildə “Formula 1” təqvimi yalnız bir dəyişikliklə yenidən 24 mərhələdən ibarət olacaq: Emilia- Romaqna Qran Prisi Madriddə (İspaniya) treklə əvəzlənib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.

Bakıda onlar artıq “Formula 1” Azərbaycan Qran Prisi üçün meydançanın (paddoka) tikintisinə başlayıblar.Paddoka Neftçilər prospektində, Hökumət evi ilə üzbəüz ucaldılacaq.

Almaz Həsənli

Seçilən
49
oxumeni.az

1Mənbələr