AZ

Pambıq əkən fermerlərə 1,2 milyon manat sığorta ödənişi nəzərdə tutulur

2024-cü ildə baş vermiş hadisələrə görə pambıq əkən fermerlərə 1,2 milyon manat zərər ödənişinin edilməsi nəzərdə tutulur və hazırda bu ödənişlər davam edir.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2023-cü ildə pambıqçılara 950 min manat sığorta ödənişi edilib.

Fermer və təsərrüfat sahibləri iyun ayının 13-dək pambıq sahələrini çoxsaylı risklərdən sığorta edə bilərlər.

Sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanır.

Seçilən
65
vergiler.az

1Mənbələr