AZ

Kreml: Cəsəd və məhbus mübadiləsi ilə bağlı Kiyevlə hələ yekun razılaşma yoxdur

ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında İstanbul danışıqları nəticəsində əldə edilən cəsəd və məhbus mübadiləsi razılaşması ilə bağlı hələlik “son anlaşma”nın olmadığını, lakin təmasların davam etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Ukrayna ilə mübadilə ilə bağlı yekun razılaşma yoxdur. Əlaqələr qurulur, rəqəmlər müqayisə edilir. Ancaq ümid edirik ki, yekun razılaşma olan kimi mübadilə həyata keçiriləcək",- deyə o qeyd edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ukrayna əsgərlərinin cəsədlərinin bir neçə gündür Ukraynaya çatdırılmaq üçün sərhəddə yük maşınlarında gözlədiyini xatırladan mətbuat katibi Peskov, "bu, hamının gördüyü və bildiyi bir həqiqətdir" deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
1
operativmm.az

2Mənbələr