AZ

Zelenski: Putinin məqsədi Ukraynanı xəritədən silməkdir

BAKI, 10 iyun. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinin məqsədi Ukraynanı xəritədən silməkdir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyibş

“Putin Ukraynanı işğal edib müstəqilliyimizə son qoymaq, şəhərlərimizi yox etmək, Ukrayna milləti və dövlətçiliyini məhv etmək istəyir. Çoxları hələ də buna inanmır və başa düşmür ki, Putin Ukraynanı tamamilə özünə tabe etmək istəyir. Onun məqsədi bizi xəritədən silməkdir.

Davamlı sülh o zaman mümkün olacaq ki, real təzyiq göstərməyə qadir olan dövlətlər Putinin əsl məqsədlərini anlayacaqlar. Şübhəsiz ki, atəşkəs daha tez mümkündür və bunun baş verməsi vacibdir, amma sülh yalnız dünya Rusiya Prezidentinin nə istədiyini anlayanda gələcək”, - dövlət başçısı vurğulayıb.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr