AZ

“Borussiya Dortmund” Bellingemin qardaşını transfer etdi

BAKI, 10 iyun. TELEQRAF

Almaniyanın "Borussiya Dortmund” klubu futbolçu Cob Bellingemin keçidini açıqlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi İngiltərənin "Sanderlend" komandasından transfer olunub.

“Arılar” ingilis oyunçu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Cob Bellingem ötən mövsüm İngiltərə Çempionşipində meydana çıxdığı 43 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, İspaniyanın “Real Madrid” komandasının ulduz futbolçusu Cud Bellingemin qardaşıdır.

Seçilən
77
5
teleqraf.com

7Mənbələr