AZ

Moskva Vaşinqton arasında dialoq qapıları açılıb Analitik

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amma üçüncü mərhələdə konkret nəticələrin əldə olunacağına dair böyük ümid yoxdur

Rusiya və ABŞ arasında qarşılıqlı narazılıq doğuran məsələlər üzrə üçüncü raund danışıqlar yaxın vaxtlarda keçiriləcək". Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, danışıqlar olacaq, lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib. 

Bu kimi danışıqların keçirilməsi, ümumilikdə, beynəlxalq münasibətlərdə gərginliyin azaldılması baxımından müsbət haldır. Lakin reallıq ondan ibarətdir ki, Rusiya ilə ABŞ arasında münasibətlər hazırda etimad böhranı ilə xarakterizə olunur və bu, hər iki tərəfin illərlə yığılan strateji ziddiyyətlərinin nəticəsidir. 

Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, Rusiya və Amerika arasında  bu günə qədər keçirilən dialoqlar heç də müsbət nəticələr doğurmayıb:

“Çünki təkcə indi deyil, 1990-cı illərin ortalarından etibarən ABŞ-Rusiya arasında davamlı və müxtəlif səviyyələrdə müzakirələr aparılıb. Lakin bu müzakirələrin nəticələrinə baxdıqda, iki tərəf arasında münasibətlərin daim mənfi istiqamətdə inkişaf etdiyini müşahidə olunub. 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində NATO–Rusiya Şurası deyilən bir platforma mövcud idi. Həmçinin, 1992-ci ildən etibarən Vankuverdə keçirilən ABŞ-Rusiya dialoqu fəaliyyət göstərirdi. Bu cür əlaqələr, eləcə də G8 formatında əməkdaşlıqlar müəyyən qədər intensivləşmişdi. Lakin 2008-ci ildən bu yana dialoqların əhəmiyyətinin və effektivliyinin zəiflədiyini görürük. Donald Trampın hakimiyyətə yenidən qayıtması fonunda da Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdığının və ya dialoq qapılarının açıldığının şahidiyik. Amma üçüncü mərhələdə konkret nəticələrin əldə olunacağına dair böyük ümid yoxdur. Çünki artıq konflikt çox dərinləşib. Birincisi, Ukraynada müharibənin aktiv fazası hələ də davam edir. Digər tərəfdən isə, Rusiyaya qarşı 8 minə yaxın sanksiya tətbiq olunub. Eyni zamanda, Rusiyanın Qərbə qarşı ritorikası və təhdidləri davam edir. Üstəlik, danışıqların keçiriləcəyi tarix də hələlik bəlli deyil. Bu isə onu göstərir ki, hər iki tərəfin bu mərhələdə rəsmi diplomatik və sistemli danışıqlara həvəsi olduqca zəifdir”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
1
sherg.az

2Mənbələr