İsrail Qəzza sakinləri üçün ərzaq daşıyan 62 yük maşınının keçməsinə icazə verib.
Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.
Qeyd olunub ki, bir sıra çatdırılmalar Amerika humanitar təşkilatı Qəzza Humanitar Fondunun nəzarətində olan yeni humanitar yardım paylama məntəqələri vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, humanitar yardımın çatdırılması bərpa olunduqdan sonra 1351 yük maşını Qəzza zolağına daxil olub.