Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların 52%-i istənilən ərazi güzəştlərinin qəti əleyhinədir (fevral ayında 50%). Bununla yanaşı, respondentlərin 38%-i müəyyən ərazi itkilərini qəbul etməyə hazırdır (fevralda - 39%). Söhbət ayrı-ayrı ərazilərin Rusiyanın tərkibində rəsmən tanınmasından gedirsə, o zaman ukraynalıların əksəriyyəti (68%) buna qarşı olacaq. 24% isə bunu qəbul etməyə hazırdır. Həmçinin respondentlərin mütləq əksəriyyəti – 78%-i Ukraynanın nəzarətində olan ərazilərin Rusiyaya verilməsini rədd edir. 15% isə bunun əleyhinə deyil. “Beləliklə, ictimai rəy nöqteyi-nəzərindən, Ukrayna ərazilərinin Rusiyanın bir hissəsi kimi rəsmən tanınması və ya işğal olunmamış bəzi ərazilərin Moskvanın nəzarətinə verilməsini nəzərdə tutan istənilən variant rədd ediləcək. Bununla belə, sağlam çeviklik sərgiləyən ukraynalılar hətta ərazi nəzarəti kontekstində belə, de-yure tanınmadan Rusiyanın de-fakto nəzarətinin tanınmasının kompromis variantını müzakirə etməyə hazırdırlar”, - KBSİ-nin hesabatında vurğulanır. KBSİ-nin sorğusu 2025-ci il mayın 15-dən iyunun 3-dək aparılıb. Sorğu Ukrayna hökumətinin nəzarətində olan bütün regionlarda mobil telefon nömrələrinin təsadüfi seçilməsi əsasında telefon müsahibələrindən istifadə yolu ilə 18 yaşdan yuxarı 2004 respondenti əhatə edib. Qurumun başqa bir sorğusunun nəticələrinə görə, bu gün ukraynalıların 60%-i müharibəyə “zəruri olduğu qədər” dözməyə hazır olduqlarını bildirib. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>