ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 iyun, AZƏRTAC
Qaz şəbəkələrinin bir hissəsinin fiziki köhnəlməsi onların mərhələli şəkildə yenilənməsini zəruri edir. Bu istiqamətdə müəyyən investisiya proqramları həyata keçirilsə də maliyyə resurslarının məhdudluğu prosesin daha sürətli icrasına əngəl törədir. Rəqəmsal sistemlərin tətbiqi ilə qazın dəqiq uçotu və istehlakın şəffaf qeydiyyatı istiqamətində mühüm addımlar atılsa da bu sahədə texnoloji infrastrukturun daha da gücləndirilməsinə ehtiyac duyulur. Sayğaclara müdaxilə yolu ilə qanunsuz qaz istifadəsi nəticəsində itkilərin artması isə başqa bir problemdir, çünki təqsirin sübuta yetirilməsində obyektiv çətinliklər yaranır. Qazlaşdırılmış tikinti obyektlərinə texniki xidmət sahəsində normativ baza müəyyən edilsə də bazar iştirakçılarının formalaşması və xidmət keyfiyyətinin tənzimlənməsi prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” qanun layihəsi ilə bağlı çıxışında söyləyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Baş direktor qanun layihəsinin əsas məqsədinin enerji təhlükəsizliyini təmin etmək, istehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlər qurmaq olduğunu vurğulayıb. Bu qanun çərçivəsində hasilat, nəql, paylanma və satış funksiyalarının hüquqi ayrılığı təmin ediləcək, tariflərin hesablanması üçün şəffaf mexanizmlər qurulacaq, mənzildaxili nasazlıqlar və texniki xidmət sahəsində müstəqil bazarın formalaşdırılması hədəflənəcək. Qanunun tətbiqi mərhələli şəkildə və konkret vaxt çərçivələri ilə tənzimlənəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.