AZ

İxtisas seçimi: Gənclər süni intellektlə gələcəyini qurur

Gənclər arasında süni intellekt texnologiyalarından istifadə sürətlə artır. Xüsusilə karyera və təhsil planlamasında bu texnologiyalara üstünlük verilməsi diqqət çəkir.

 

AzEdu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Qlobal İstedadlar Şifrəsi” araşdırmasına əsasən, 18-34 yaş arasında olan iştirakçıların 30 faizi karyera planlamalarında süni intellektlə dəstəklənən vasitələrdən istifadə etdiklərini bildirib. Ümumilikdə iştirakçıların 84,8 faizi süni intellektin verdiyi tövsiyələri “çox” və ya “qismən” təsirli hesab edir. Onların 21 faizi bu tövsiyələri “çox dəqiq və təsirli” olaraq qiymətləndirib.

 

Araşdırmaya görə, süni intellektin ən çox istifadə edildiyi sahələr arasında işə müraciət prosesi (40%), həyat tərzinin dəyişdirilməsi (29%), karyera qərarları (26%) və təhsil seçimləri (24%) yer alır.

 

İştirakçıların 78 faizi süni intellektin verdiyi tövsiyələr əsasında verdikləri qərarlardan razı qaldıqlarını bildiriblər. 17,6 faizi isə nəticələrdən narazı qalıb.

 

"Kariyer.net" platformasının nümayəndəsi Uysal bildirib ki, süni intellektdən istifadə peşəkar qərarvermə proseslərində daha geniş yayılıb və bu texnologiyalar artıq gənclər üçün etibarlı məsləhətçi rolunu oynayır:


“İstifadəçilər süni intellekti qərar vermək, alternativləri dəyərləndirmək və daha sürətli həll yolları tapmaq üçün istifadə edirlər. Bu tendensiyanın daha da artacağı gözlənilir”.

 

O, həmçinin vurğulayıb ki, süni intellektin daha fərdiləşdirilmiş və effektiv tövsiyələr verməsi üçün istifadəçilər arasında təcrübə paylaşımının təşviq olunması vacibdir.

Seçilən
53
azedu.az

1Mənbələr