AZ

"Məni daha futbol klubunda heç bir iş maraqlandırmır" - Roman Abramoviç

"Çelsi"nin sabiq sahibi, rusiyalı milyarder Roman Abramoviç bundan sonra futbol klubu almayacağını bəyan edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Ola bilsin ki, nə vaxtsa lazımi şəkildə vidalaşmaq üçün "Çelsi"nin oyununa getdim. Amma məni daha futbol klubunda heç bir iş maraqlandırmır. Akademyalara, gənclərin inkişafına, kasıb ailələrdən olan insanların futbolda karyera qurmasına maddi köməklik edə bilərəm. Lakin klub sahibi olmaqdan, prezident postunu tutmaqdan danışırıqsa, bununla qurtarmışam".

Xatırladaq ki, Böyük Britaniya hakimiyyətinin sanksiya tətbiq etdiyi 58 yaşlı iş adamı "Çelsi"ni 2022-ci ildə 2,34 milyard funt sterlinqə "Todd Boehly və Clearlake Capital" konsorsiumuna satıb.

Nihat

Seçilən
38
1
fanat.az

2Mənbələr