“Baltikyanı ölkələr üç balaca xuliqanı xatırladır. Onlar pul və ya sendviç götürmək üçün həyətdəki insanları incidirlər”.
Bizim.Media xəbər verir ki, bu bənzətməni Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Maksim Rıjenkovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Üç Baltikyanı dövlətə gəlincə, beynimə uşaqlıq dövründən belə bir fikir gəlir ki, dərsdən sonra həyətə gəzməyə çıxanda üç balaca xuliqan qaçıb səndən 15 qəpik soruşmağa başlayır və sendviçini əlindən alır. Onları cəzalandıranda isə iri xuliqanlar köməyə gəlirlər və bu balacaları insanlara qarşı yönəldirlər”, deyə o, əlavə edib.
Lavrov qeyd edib ki, bu xırda xuliqanlara rəhbərlik edənlər Avropanın aparıcı dövlətləridir.
Nazirin sözlərinə görə, onlar Latviya, Estoniya və Litvanı öz məqsədlərinə çatmaq, Rusiyanı və onun bütün dost və müttəfiqlərini, o cümlədən Belarusu daim zəiflətmək üçün manipulyasiya edirlər.
“Bunlar müstəqil siyasətçilər deyil, marionetdirlər", - Rusiya XİN rəhbəri yekunlaşdırıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta