AZ

Dönər yeyərkən VURULDU

Adanada bir nəfər güllə ilə vurulub.

News24.az xəbər verir ki, dönər yeyən Ahmet Malgir adlı şəxs dönərxanada qəfil yerə yıxılıb.

Dərhal hadisə yerinə tibbi briqada sövq edilib.

Başından qan axan Malgir ilk müdaxilədən sonra təcili yardımla xəstəxanaya aparılıb, əməliyyat edilib.

Onun həyatının hələ də təhlükə altında olduğu bildirilib.

Onu da qeyd edək ki, polisin keçirdiyi ilkin müayinədə güllənin dönərxananın tavanından düşdüyü müəyyən edilib.

Silahdan atəş açan şəxsin tapılması üçün araşdırmalara başlanılıb.

Günel Məlikzadə

Seçilən
88
1
news24.az

2Mənbələr