AZ

Dünyanın ən yaxşı IT brendləri - Kim kimi üstələyib?

Dünyanın ən bahalı 100 IT brendinin dəyəri 3,2 trilyon dollara çatıb ki, bunun da 2,5 trilyon dolları 44 Amerika brendinin payına düşür.

Yenisabah.az brand finance-a istinadla xəbər verir ki, ABŞ-dən olan brendlərin payı 77,9% təşkil edir. 24 Çin brendi ümumi dəyərin 11,4%-ni, 9 yapon - 2,1%, 5 Cənubi Koreya - 3,9%, 5 Hindistan - 1,7% təşkil edir.

"Apple" brendi artıq ikinci ildir ki, reytinqdə birinci yeri tutur, onun dəyəri 11% artaraq 574,5 milyard dollara çatıb. İstehlakçıların 80%-dən çoxu bu brendlə tanışdır və 45%-i "Apple" məhsul və ya xidmətlərindən istifadə etməyi düşünür.

İkinci yeri "Microsoft" brendi (+35%, 461,1 milyard dollara), üçüncü yeri "Google" (+24 faiz, 413 milyard dollara), dördüncü yeri "Amazon" (+15 faiz, 356,4 milyard dollar), beşinci yeri "TikTok/Douyin" (+26 faiz, 105,8 milyard dollar) saxlayıb.

"Facebook" altıncı yerə yüksəlib (+21%, 91,5 milyard dollar), "Samsung"u geridə qoyub (+9%, 89,4 milyard dollar).

IT seqmentində ən kəskin dəyər artımı keçən il onuncu yerdən səkkizinci yerə yüksələn "Nvidia" brendi (+98%, 87,9 milyard dollar) tərəfindən qeydə alınıb. O, "Instagram" (79,9 milyard dollara qədər) və "Oracle"ı (57,4 milyard dollar) özündən aşağı pillələrə düşürüb.


Telegram kanalımız
Seçilən
99
1
yenisabah.az

3Mənbələr