İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, məhzİran Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını alıb. Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi. “Bəzi ölkələr Zəngəzur dəhlizini - mahiyyətcə parçalanma layihəsi kimi yaratmaq və İranın Avropaya gedən dəhlizini bağlamaq bəhanəsi ilə Naxçıvanı Ermənistan vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd edəndə, İran qəti şəkildə bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - deyə Vilayəti bildirib. O, iddia edir ki, Co Bayden özü də ABŞ prezidentiolarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf etdi, lakin İran bu layihənin həyata keçirilməsinə mane oldu.
“Bu bəyanat onu göstərir ki, İran İslam Respublikası hətta Rusiyanın dəstəyi olmadan belə, Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun nüfuzunun qarşısını almağa nail olub”, - deyə Vilayəti bildirib. O qeyd edib ki, İranın Cənubi Qafqazda mahir və strateji mövcudluğu təkcə milli maraqların müdafiəsi deyil, həm də xarici dövlətlərin regionun işlərinə müdaxiləsi qarşısında güclü maneədir. Vilayəti onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır. Lakin bu layihə də uğursuzluğa düçar oldu.
Surxay Əliyev