AZ

Marketinq və dizayn sahəsində çalışmaq istəyirsinizsə, Azərbaycana fərqli gözlə baxmağa çalışın

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" sənayenin aparıcı mütəxəssislərini, yaradıcı gəncləri və yenilikçi şəxsləri bir yerə toplayıb.

Festivalın rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə Shaun Loftman çıxış edib. Loftman, dizayn və marketinq sahəsində uğur qazanmaq üçün müxtəlif təcrübələri bölüşüb.

“Bu sahədə çalışmaq istəyirsinizsə, Azərbaycana fərqli gözlə baxmağa çalışın. Bir loqo ilə müştərilərə çox şey izah edə bilərsiniz. Hər bir elementin arxasında hansısa hekayə dayanmalıdır. Marketinq və dizayn sahəsində uğurlu ola bilmək üçün ölkəni, mədəniyyətini və yeməklərini, bir sözlə hərtərəfli detallarını diqqətlə izləmək və maraqlanmaq lazımdır”,-deyə Shaun Loftman bildirib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Shaun Loftman qeyd edib ki, onların əvvəlki layihələrindən biri əvvəllər neft daşları olmuş ərazi olub: “Həmin ərazinin istismar müddəti başa çatmışdı. Biz həmin ərazini araşdırdıqdan sonra oranın özünə uyğun iş gördük və artıq həmin neft daşlarından istirahət zonası kimi istifadə edilməyə başlandı”.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr