AZ

Reklam sahəsində uğurlu ola bilmək üçün fərqli düşünmək və insanları inandırmağı bacarmaq lazımdır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" sənayenin aparıcı mütəxəssislərini, yaradıcı gəncləri və yenilikçi şəxsləri bir yerə toplayıb.

Festivalın rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə Ali Rez çıxış edib. Ali Rez bildirib ki, reklam sahəsində uğurlu ola bilmək üçün fərqli düşünmək və insanları inandırmağı bacarmaq lazımdır.

“Kinolarda siqaretdən istifadə ilə bağlı müxtəlif kadrlar var. İnsanlar bu kadrlara baxanda düşünürlər ki, siqaret çəkmək “cool” görüntü yaradır. İnsana desəniz ki, "siqaret çəkmək ziyandır", səni eşitməyəcək və siqareti atmayacaq. Lakin onlara “impatent olacaqsan” desəniz, siqaretdən imtina etməyi düşünəcək.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İnanmaq, inandırmaq çox vacibdir. Mən də Bakıya gələndə burada hər şeyin daha yaxşı olacağına özümü inandırmışdım. İnanmaq olmağın yarısıdır. Yadıma gəlir ki, bir dostum Səudiyyədə çalışmaq istəyirdi. Amma orada insanları inandırmaq çətindir. Bu zaman yumor vasitəsilə bunu etmək lazımdır”,-deyə Ali Rez qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
bizimyol.info

1Mənbələr