Aqrar Sığorta Fondu (ASF) ilk dəfə olaraq tütün sahələri üzrə sığorta ödənişləri həyata keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tütün əkini sahələrində baş verən dolu vurması və sel-subasma hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər ümumilikdə 130 hektara yaxın sığortalı əkinləri əhatə edib.
Ümumilikdə tütün sahələrinə dəymiş zərərlər üzrə fermerlərə 147 min manata yaxın sığorta ödənişi edilib. Bu vəsaitdən 58 min manat Şəki rayonu, 27 min manat Balakən rayonu, 29 min manat Zaqatala rayonu və 33 min manatı Qax rayonundan olan fermerlərə ödənilib.