ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Berlin, 10 iyun, AZƏRTAC
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Xarıbülbül Azərbaycan Mədəniyyət Evi” tərəfindən təşkil olunan Ana dili kursunun növbəti açıq dərsi 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, “Xarıbülbül Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Sevda Badaliouri və kollektivinin təşkil etdiyi dərs mövzu ilə bağlı interaktiv təqdimatlar, qrup müzakirələri və refleksiya sualları vasitəsilə keçirilib.
Mədəniyyət Evinin müəllimi Pərvanə Aslanova tərəfindən aparılan dərsdə iştirakçılara Azərbaycan Konstitusiyasının hüquqi-siyasi əhəmiyyəti, Ana dilimizin qorunması və inkişafı, milli kimliyin formalaşmasında rolu, eyni zamanda, suverenlik və dövlətçilik anlayışları barədə ətraflı məlumat verilib. Dərsdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, ərazi bütövlüyümüzün bərpasından, işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq proseslərindən, eləcə də Azərbaycanın müasir dövrdə əldə etdiyi nailiyyətlərdən və beynəlxalq nüfuzundan ətraflı bəhs olunub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Açıq dərsin sonunda iştirakçılar Azərbaycanın zəngin mədəni irsi, xüsusilə muğam sənəti ilə yaxından tanış olublar. Bu hissə Almaniyada yaşayan Fəxrəddin Hacıbəylinin canlı muğam ifası ilə müşayiət olunub. Onun çıxışı dərsə bədii ruh və emosional dərinlik qataraq, şagirdlərə milli musiqi irsimizin ruhunu yaşadıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.