AZ

Hava limanında sərnişinin baqajından 95 eqzotik heyvan tapıldı - FOTOLAR

Hindistanın Mumbay şəhərində yerləşən "Chhatrapati Shivaji Maharaj" Beynəlxalq Hava Limanında inanılmaz hadisə baş verib. Taylandın paytaxtı Banqkokdan Mumbaya gələn bir sərnişinin baqajından ümumilikdə 95 eqzotik heyvan aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, "The Indian Express" qəzetinin məlumatına görə, şübhəli davranışlar sərgiləyən sərnişin gömrük əməkdaşları tərəfindən saxlanılaraq dindirilib. Daha sonra onun baqajına baxış keçirilib və gözlənilməz mənzərə ilə qarşılaşılıb.

Baqajdan 2 fərqli növdə tarantula, 30-u ölü, 50-si diri olmaqla 80 iquana, 1 Malay ayısı, 2 qırmızıayaq tısbağa, 6 uçan dələ, müxtəlif növlərə aid 2 ölü günəş quşu və 2 təpəli toxumbülbülü tapılıb.

Gömrük nümayəndəsi açıqlamasında bildirib ki, ələ keçirilən heyvanların əksəriyyəti nəsli kəsilməkdə olan və qanunsuz ticarəti qadağan edilmiş növlərdir. Faktla bağlı sərnişin dərhal saxlanılıb.

Hazırda həmin şəxsin daha əvvəl də oxşar qanunsuz heyvan qaçaqmalçılığı ilə məşğul olub-olmadığı araşdırılır. Eyni zamanda, bu cinayətdə iştirak edən digər şəxslərin və ya qrupların kimliyi müəyyənləşdirilməyə çalışılır.

 Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
78
yenisabah.az

1Mənbələr