AZ

İsrafçılıq və sərxoşluq: Məmurlara qarşı sərt tədbirlər görülür

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin məmurlar arasında israfçılıq və sərxoşluqla mübarizə kampaniyası ölkədə sürət qazanıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, bu addımın atılamsına Sinyan şəhərində baş verən qalmaqal səbəb olub. Belə ki, mart ayında qənaətlə bağlı seminarda beş yerli icra məmuru nahar zamanı güclü spirtli içki olan dörd şüşə bayjiu içib. Həmin gün onlardan biri dünyasını dəyişib. Digərləri isə mərhumun ailəsinə rüşvət verərək polisə izahat zamanı içdiklərini ört-basdır etməyə çalışıblar.

Hadisədən sonra Çin rəsmiləri qaydaları yeniləyib. Artıq rəsmi tədbirlərdə spirtli içkilər, bahalı yeməklər və siqaretlər qadağan edilib. Təmtəraqlı gül kompozisiyaları, məclislər üçün mürəkkəb fonlar, bahalı avadanlıqların alınması da qadağan olunub.

Seçilən
74
publika.az

1Mənbələr