ain.az, Yenisabah portalına istinadən məlumat verir.
ABŞ-nin Los-Anceles şəhərində "İCE" (Federal Hüquq-Mühafizə orqanları) əleyhinə keçirilən kütləvi etirazlar qarşıdurmalara səbəb olub. Şəhər alov içindədir. ABŞ Prezidenti Donald Tramp hadisələri nəzarət altına almaq üçün şəhərə minlərlə əsgər göndərib.
Yenisabah.az xəbər verir ki, Kaliforniya ştatının qubernatoru Qavin Nyusom sosial şəbəkədə paylaşım edərək Trampın göstərişi ilə bölgəyə 2 min əlavə qvardiya əsgərinin göndəriləcəyini açıqlayıb. Nyusom bildirib ki, hazırda 300 əsgər şəhərdə yerləşdirilib, qalanları isə federal binalarda gözləyir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, etiraz aksiyaları zamanı çoxsaylı nümayişçi saxlanılıb və polis qüvvələri ilə toqquşmalar yaşanıb. Tramp isə baş verənlərə görə demokrat rəhbərləri günahlandırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.