Yarımmüdafiəçi Cob Bellinqhem "Sanderlend"dən "Borussiya"ya keçib.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngilis alman komandası ilə 2030-cu ilin iyunun sonuna kimi müqavilə imzalayıb. Belinqemin "Borussiya"da 77 nömrə altında çıxış edəcəyi və iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatına komanda ilə birlikdə uçacağı qeyd olunur.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, transfer 33 milyon avroya başa gəlib.
19 yaşlı Cob 2020-2023-cü illərdə "Borussiya"da çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqemin kiçik qardaşıdır.
2024/25 mövsümündə yarımmüdafiəçi "Sanderlend"in heyətində bütün turnirlərdə 43 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib və komandanın Premyer Liqaya yüksəlməsinə kömək edib.