AZ

Rusiyadan növbəti manipulyasiya: Azərbaycandan bunu gözləyirik

BAKI, 10 iyun. TELEQRAF

"Moskva Azərbaycanın Rusiyanın yeni bölgələrini və Krımı (Ukraynanın işğal edilmiş vilayətləri - red.) tanıyacağını gözləyir".

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.

Söhbət Krımla yanaşı, Ukraynanın işğal edilmiş digər vilayətləri Donetsk, Luqansk, Zaporojye və Xersonun Azərbaycan tərəfindən "Rusiya ərazisi" kimi tanınmasından gedir.

Agentliyin əlavə edib: “Necə ki, Rusiya Qarabağ üzərində Azərbaycanın suverenliyini şübhə altına almır”.

Qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Bura Rusiya agentliyi tərəfindən adları çəkilən bölgələr də daxildir. Qarabağın Ukraynanın işğal edilmiş ərazilərinin “tanınması” ilə müqayisə edilməsi yersizdir, Rusiya tərəfindən növbəti manipulyasiya cəhdidir. Çünki burada Azərbaycan Rusiyadan fərqli olaraq işğalçı yox, öz ərazisini azad edən tərəf qismindədir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu beynəlxalq ictimaiyyət və BMT belə tanıyır. Hətta Ermənistan rəhbərliyi də artıq tanıdığını rəsmən bəyan edib.

Seçilən
52
2
teleqraf.com

3Mənbələr