AZ

Ülviyyə Zülfüqar: Medinskinin səsləndirdiyi absurd fikirlər, ilk növbədə, ölkəsinin mövqeyinə ziddir

Rusiya Prezidentinin köməkçisi, Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri Vladimir Medinski, görünür ki, ya tarixlə bağlı səhih biliklərə malik deyil, ya da bilərəkdən tarixi təhrif edir.

Bunu "Report"a açıqlamasında siyasi ekspert Ülviyyə Zülfüqar deyib.

O bildirib ki, Medinski "Russia Today"ə açıqlamasında Qarabağla bağlı “mübahisəli ərazi” sözünü bir neçə dəfə təkrarlayaraq ardınca gələn cümlələri də məhz bunun üzərində qurur:

"Buradan məlum olur ki, Prezidentin köməkçisi Azərbaycanın suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan sözügedən açıqlamanı bilərəkdən səsləndirir. Medinskinin statusunda olan bir şəxsin nitqində Qarabağla bağlı “mübahisəli ərazi” kimi absurd ifadələrə yer verməsi elə ən başda öz ölkəsinin mövqeyinə ziddir. Rusiya BMT-yə üzv olan digər dövlətlər kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Bu isə o deməkdir ki, rəsmi Moskva Azərbaycanın suveren ərazisi olan Qarabağla bağlı Medinskinin səsləndirdiyi “mübahisəli ərazi” mövqeyini bölüşə bilməz".

Ü.Zülfüqar əlavə edib ki, Rusiya Prezidentinin köməkçisi beynəlxalq hüququn əsas dayaqlarından olan, ölkələrin ərazi bütövlüyünün tanınması prinsipi ilə üst-üstə düşməyən açıqlamalardan çəkinsə yaxşı olar.

"Qarabağ Azərbaycanın suveren ərazisidir və təhrif olunmuş şəkildə, digər qaynar nöqtələr üçün presedent olaraq göstərilməməlidir", - o vurğulayıb.

Seçilən
52
report.az

1Mənbələr