BAKI, 10 iyun. TELEQRAF
İtaliyanın "Leççe" klubu baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
57 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Campaolo 2024-cü ilin noyabrından "Leççe"nin baş məşqçisi idi.
Qeyd edək ki, "Leççe" son mövsümü İtaliya A Seriyasında 34 xalla 17-ci pilləni tutub.