AZ

İkardi ilə boşanmaq ərəfəsində olan Vanda Nara bu dəfə Paredeslə gündəmə gəldi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə boşanmaq ərəfəsində olan Vanda Nara yenidən gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, onunla bağlı söz-söhbətlər səngimək bilmir.

Bu dəfə sosial şəbəkələrə sızan bir videoda onun "Roma"nın futbolçusu Leandro Paredesin qucağında hovuzda vaxt keçirdiyi əks olunub.

Sensasiyaya səbəb olan görüntülərdə Paredesin Vandanı tutduğu və onların birlikdə güldüyü, oynadığı, suya tullandığı görünür. Bu an tez bir zamanda yayılaraq müzakirələr dalğasına səbəb olub. Bu hekayənin ən maraqlı tərəfi Paredesin həyat yoldaşı və iki övladının olmasıdır.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Vanda artıq video ilə bağlı açıqlama verib. Model AS-a müsahibəsində bu görüntülərin köhnə hekayənin bir parçası olduğunu iddia edir. Onun sözlərinə görə, həmin vaxt İkardi və Paredes PSJ-də birlikdə çıxış ediblər. Video da 2020-ci ilə aiddir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
1
oxu.az

2Mənbələr