AZ

Niderlandda NATO məhdudiyyəti: PUA uçuşu qadağan ediləcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO-nun iyunun 24-25-də keçiriləcək sammiti müddətində Haaqa şəhərinin 16 kilometr radiusunda pilotsuz uçuş aparatlarının (PUA) istənilən buraxılışı tamamilə qadağan ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Niderland hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qadağa Amsterdam və Rotterdam hava limanları ətrafındakı ərazilərə də şamil ediləcək.

Qadağaları pozanları külli miqdarda cərimələr və dronların müsadirəsi gözləyir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, NATO-nun Haaqa sammiti (iyunun 24-25-də) çərçivəsində 45 ölkədən dövlət başçıları, xarici işlər və müdafiə nazirləri də daxil olmaqla 6 000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
oxu.az

2Mənbələr