"Kəpəz"in yeni baş məşqçisinin adı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin yeni çalışdırıcısı Adil Şükürov olub.
Məsələyə dünən klub rəhbərliyi ilə mütəxəssis arasındakı görüşdə nöqtə qoyulub. Bütün məqamlar üzrə razılığa gələn tərəflər əl sıxışıb.
"Sarı-göylər"in yeni baş məşqçisiylə imzalayacağı müqavilənin detalları haqda ətraflı bilgi olmasa da, müddəti azı iki il olacaq.
Xatırladaq ki, Adil Şükürov "Zirə" və "Şüvəlan"ı da çalışdırıb. Onun sonuncu iş yeri "Kəpəz" olub. Gəncəlilər Şükürovun rəhbərliyi altında 2023/24 mövsümündə premyer-liqada qalmağı bacarıb.
Klubun bu gün məsələylə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta