Türkiyədə 3 iyulda açıqlanacaq inflyasiya göstəricilərindən sonra siqaret və tütün məhsullarına tətbiq olunacaq yeni zamın məbləği də müəyyənləşəcək. İlin ilk 5 ayı üzrə hesablanan göstəricilərə əsasən, Xüsusi Tüketim Vergisi (ÖTV) üzrə ən azı 12,92%-lik artım artıq dəqiqləşib. Bu isə bütün siqaret markalarına ən azı 5 TL-lik bahalaşma deməkdir.
Siqaret qiymətlərinə avtomatik zam gələcək
İqtidarın həyata keçirdiyi uğursuz iqtisadi siyasətlər nəticəsində nəzarətdən çıxan inflyasiya, vergi yükünün artırılması ilə balanslaşdırılmağa çalışılır. TÜİK tərəfindən 3 iyulda açıqlanacaq rəsmi inflyasiya rəqəmləri ilə 6 aylıq inflyasiya fərqi dəqiq olacaq və ÖTV-yə gələcək zam rəsmiləşəcək.
İlin ilk 5 ayındakı inflyasiya rəqəmləri əsasında, iyul ayında ÖTV üçün 12,92%-lik artım artıq rəsmiləşib. Bu da siqaret qiymətlərinə birbaşa zam deməkdir.
İyulun ilk həftəsində siqaretlərə ən az 5 TL-lik artım gözlənilir
Hazırda ən ucuz siqaretlər 75 TL-dən satılır, məşhur markaların qiyməti isə 90-100 TL arasında dəyişir. 15 mart 2025 tarixli Rəsmi Qəzetdə dərc edilən qərarla siqaret və tütün məhsullarında ÖTV faizi 53,5%-dən 50%-ə endirilsə də, maktu vergi məbləği 10,50 TL-yə yüksəldilmişdi.
Bu səbəbdən, iyun ayı inflyasiyası 0% olsa belə, siqaretlərə 5 TL-dən çox vergi zammı gələcək. İllərdir tətbiq olunan sistemə görə istehsalçılar bu artımı birbaşa məhsul qiymətlərinə əlavə edirlər.
Nəticə olaraq, iyulun ilk həftəsində bütün siqaret markalarının qiymətlərində artım gözlənilir.
Vüsal