“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu, veteran hücumçu Kristiano Ronaldo mövsüm “Qızıl top”una kimi layiq gördüyü haqda sualı cavablayıb.
Arena.az Ronaldonun mətbuat toplantısında səsləndirdiyi müvafiq cavabını təqdim edir:
“Mənim baxışıma görə, “Qızıl top”u meydanda seçilib-fərqlənmiş və Çempionlar Liqasında qalib olmuş kəs qazanmalıdır. Mən fərdi mükafatlara çox da diqqət yetirmirəm, belə ki, bunların arxalarında nələrin dayandıqlarını bilirəm. Amma Yamalın imkanı var, buna rəğmən, birmənalı üstün yoxdur”, deyə “Kriş” vurğuayıb.
Xatırladaq ki, kütləvi informasiya vasitələrinin müxtəlif qənaətinə görə, cari mövsümün “Qızıl top” mükafatına Rafinya (“Barselona”), Usman Dembele (PSJ), Lamin Yamal (“Barsleona”) və Məhəmməd Salah (“Liverpul”) əsas namizədlər göstərilirlər.
Kristiano Ronaldo özü “Qızıl top”la 5 dəfə təltif edilib. Ən nüfuzlu bu fərdi mükafat ən çox Lionel Messiyə təqdim edilib – 8 dəfə.