Təyyarəyə gecikdiyinə görə minməsinə icazə verilməyən 23 yaşlı kişi havayolu şirkətindən qisas almaq üçün gözlənilməz üsula əl atıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-nin Miçiqan ştatında baş verib.
Belə ki, gecikdiyi üçün "Spirit Airlines"ın təyyarəsinə minməyə icazə verilməyən 23 yaşlı Çarlz Robinson aviaşirkət rəsmiləri ilə mübahisə edib.
Robinson zəng edərək təyyarədə bomba olduğunu deyib.
Prokurorun ifadəsinə görə, Robinson təkcə saxta bomba hədəsi ilə çıxış etməyib, o eyni zamanda saxta kamikadzenin ətraflı təsvirini verərək hüquq-mühafizə orqanlarını çaşdırıb.
Təyyarədə olan sərnişinlər təxliyyə edilib, bomba iyləyən itlərlə təyyarədə və ətrafda ətraflı axtarış aparılıb. Xoşbəxtlikdən heç bir partlayıcı tapılmayıb.
Robinson Los-Ancelesdə başqa reysə minmək istəyərkən FTB onu hava limanında saxlayıb. Miçiqan ştatının Monro şəhərinin sakini Robinsona qarşı saxta bomba hədəsi ilə bağlı cinayət işi açılıb.
Billurə Yunus