“Türkiyədə Arslantəpə adlı ərazidə arxeoloqlar 5000 il əvvələ aid dünyanın ən qədim qılınclarını tapıblar. Bu kəşf müharibənin, gücün mənşəyi və metallurgiya texnologiyasının inkişafı haqqında anlayışımızı dəyişdi”.
Hafta.az “Fokus” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Arkeonews” nəşri yazıb.
Kəşf 1980-ci illərin əvvəllərindən Roma La Sapienza Universitetinin professoru Marcella Frangipanenin rəhbərliyi ilə yaradılmış etdiyi qrup tərəfindən həyata keçirilib.
Qrup çiy kərpicdən tikilmiş saraylar kompleksinin qazıntıları zamanı təxminən eramızdan əvvəl 3300-cü ilə aid doqquz silah - üç qısa qılınc və altı uzun xəncər aşkar edib.
Bu əşyalar cəbbəxana olduğu güman edilən otaqda tapılıb ki, bu da onların elita ilə əlaqəsini göstərir.
"Bu qılınclar əvvəllər bilinən hər hansı qılıncdan min il daha qədimdir" deyən Frangipane, qılıncların yalnız eramızdan əvvəl 1600-cü ildə Mesopotamiya və Egey kimi bölgələrdəortaya çıxdığına dair ümumi inamı təkzib edib.