“Liverpul”un hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanında oynamaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, uruqvalı forvard bu ölkənin klublarından gələn təklifləri dəyərləndirmir. 25 yaşlı hücumçu yaxın aylarda “qırmızılar”dan ayrılmaq istəsə də, karyerasını Avropada davam etdirmək istəyir.
Nunyesə “Atletiko” da maraq göstərir.
Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.