AZ

Gənclərin evliliyə marağı azalmayıb, amma... Millət vəkili

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda gənclərin evliliyə marağının azaldığını düşünmürəm”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, əksinə, gənclərin ailə qurmağa məsuliyyətlə yanaşdığını görür:“Mən universitetdə dərs deyirəm, gənclərlə işləyirəm. Gənclərin ailə həyatına necə məsuliyyətlə yanaşdığının şahidi oluram. Digər tərəfdən, gənclərin ailə qurma yaşı bir qədər artıb. Bu isə onların təhsil alması, iş tapması, həyatda artıq öz-özünü təmin edəcək bir səviyyəyə çatmaq istəyi ilə bağlıdır. Ümumən isə ailə institutu azərbaycanlılar üçün hələ də çox arzulanan, möhkəm bir strukturdur. Qoy həmişə toy olsun və gənclərimiz xoşbəxt olsunlar”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Seçilən
58
1
demokrat.az

2Mənbələr