Bakı. Trend:
İyunun 10-da Bakı şəhərində Azərbaycan Respublikası və KanadaXarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrkeçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, AzərbaycanRespublikasının nümayəndə heyətinə Xarici İşlər NazirliyininAmerika İdarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinəisə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və AvrasiyaDepartamentinin icraçı direktoru Andreas Veyçert rəhbərlikedib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrininkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlısiyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalqtədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəflimünasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardançəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarətdövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksəktexnologiyalar və digər sahələrdə birgə layihələrin həyatakeçirilməsi imkanları müzakirə edilib. COP29 çərçivəsində Kanadatərəfi ilə uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycanıntəşəbbüskarı və fəal iştirakçısı olduğu mühüm enerji, nəqliyyat vəlogistika layihələrinin reallaşdırılmasında ölkəmizin strateji roluyüksək qiymətləndirilib. Eyni zamanda, təhsil, mədəniyyət, turizmsahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinəönəmli töhfə verəcəyi qeyd olunub.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət,Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olanamillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiztərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmişərazilərimizdəki mina problemi və orada həyata keçirilənirimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumatverilib.
Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdəqarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsiaparılıb.