Ukrayna ayda 27 min nəfəri Ukrayna Silahlı Qüvvələrinə səfərbər edə bilər.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın Valasz online nəşrinə müsahibəsində bildirib.
O, həmçinin hesab edir ki, Rusiya eyni müddət ərzində 50 minə qədər insanı yığa bilmək gücündədir: “Səfərbərlik hər bir müharibənin problemidir. Ukrayna da istisna deyil, çünki biz müharibənin bitməsini istəyirik. İnsanlar yorulub. Biz ayda 27 min insanı səfərbər edə bilərik”.
Zelenskinin sözlərinə görə, ölkədə yaşı 24-dən aşağı olan vətəndaşlar səfərbər edilmir: “Gənclərə xidmət üçün yalnız könüllülük əsasında müqavilə bağlamaq təklif olunur”.
Ukrayna prezidenti ölkədə 18 yaşından məcburi səfərbərliyə başlamağı təklif edən bir sıra Qərb tərəfdaşlarının təklifini tənqid edib.
Bəxtiyar CƏFƏRLİ