AZ

Bakının mərkəzi küçəsinə qeyri iş günlərində maşınların girişi qadağan edilib VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxt küçələrində avtomobillərin hərəkətində son aylarda sezilən xaotiklik, eləcə də sürücülərin avtomobili harada gəldi park etməsi, sərnişin mindirib düşürərkən yaratdıqları sıxlıq şəhər sakinlərini narazı salır. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də mart ayından başlayaraq bəzi küçələrdə avtomobillərin hərəkəti ümumiyyətlə dayandırılıb. Bununla bağlı martın 14-ü AYNA tərəfindən məlumat da yayılıb. Məlumatda qeyd olunur ki, martın 17-dən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

“Belə ki, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.

Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.

Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Avtosfer.az xəbər verir ki, ərazidə gəzintiyə çıxan şəhər sakinləri də son yaradılan vəziyyətlə əlaqədar saytımıza video göndərib. Onların sözlərinə görə, şəhərin mərkəzi küçələrinin əksəriyyətində, xüsusən Səbail və Yasamal rayonlarının kəsişməsində, Bakının tarixi ərazilərində piyadalar üçün belə şərait yaradılsa, daha yaxşı olar:

“Bura Əbdülkərim Əlizadə küçəsidir. Ərazidə piyadaların hərəkəti üçün geniş şərait yaradılıb. Bu gün istirahət günü olduğu üçün insanlar gəzintiyə çıxıb. Ərazidə yaşayan sakinlərdən və motokuryerlərdən başqa heç bir nəqliyyat vasitəsinə rast gəlmək mümkün deyil. Bura həm də Bakının məşhur gecə klublarının yerləşdiyi küçədir. Ona görə buranı hamı tanıyır. Yolun qarşı tərəfindən dipçəklərlə yolu bağlayıblar. Maşınların giriş-çıxışı qadağan edilib. Piyadayönümlü küçəyə çevirilib bura. Şəhərin digər küçələrində də belə şərait yaradılsa, əla olar. Çox gözəl görüntüdür”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
avtosfer.az

1Mənbələr