“Şamaxı” klubu heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi yeni legionerlə anlaşıb. Ayxan Abbasovun komandası braziliyalı David Santosla razılıq əldə edib.
Yaxın günlərdə futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, mərkəz müdafiəçisi mövqeyində oynayan futbolçunun son klubu Portuqaliyanın “Kovilya” komandası olub. 23 yaşlı müdafiəçi həmçinin “Braqa”, “Penafiel”, “Montaleqre”, Braziliyanın “Anapolis” və “Santa Kiteriya” klublarında da forma geyinib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta