AZ

Ukrayna ordusu Rusiyanın ən yeni zərbə dronu olan "KUB-2"ni ələ keçirdi...

Yazını böyüt
Yazını kiçilt

Ukraynanın “Yastrubi” pilotsuz sistemlərin 411-ci əlahiddə alayının hərbçiləri Rusiyanın “KUB-2” pilotsuz uçuş aparatını vurublar.

Hafta.az “Fokus” nəşrinə istinadla xəbər verir ki, müvafiq videonu ukraynalı bloger və könüllü Sergey Sternenko öz telegram-kanalında yayımlayıb. O, qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən PUA-nın ələ keçirən qurğulardan istifadə edərək məhv etdiyi ilk “KUB-2” pilotsuz təyyarəsi deyil.

“411-ci pilotsuz sistemlər alayının şahinləri dinc şəhərin üzərində bu pilotsuz uçan aparatı ələ keçirərək xalqımızın həyatını xilas etdilər!”, -deyə bloger vurğulayıb.

"KUB-2" dron: niyə təhlükəlidi?

Analitiklərin fikrincə, "KUB-2" hücum pilotsuz təyyarəsi "Lanset"in seqmentini tutur, lakin daha çox partlayıcı maddə daşıyır. Yeni PUA-nın döyüş başlığının elan edilmiş çəkisi 10 kiloqramdır. Bu dronlardan gecə-gündüz istifadə oluna bilər ki, bu da onların termal görüntü kameraları ilə təchiz olunmasının mümkünlüyündən xəbər verir.

Hədəflərin məhv edilməsi diapazonu məlum deyil, lakin "KUB"-un sələfi modeli siqnal təkrarlayıcı rolunu oynayan "Qranat-4" kəşfiyyat PUA ilə birlikdə verilir və istifadə olunur.

Seçilən
64
hafta.az

1Mənbələr