Bakı, 10 iyun, AZƏRTAC
İtaliyanın “Leççe” komandası baş məşqçisi Marko Giampaolo ilə yollarını ayırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. A Seriyası təmsilçisi mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb.
Komanda Marko Giampaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.