Bakı şəhəri, Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində daha bir yenilik edilib.
"Unikal" xəbər verir ki, “Gənclik Mall”un qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.
Qeyd edək ki, məntəqə “Gənclik Mall”un ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.