BAKI, 10 iyun. TELEQRAF
Moskva məhkəməsi "WhatsApp"ı messencer çatlarında spirtli içki satdığına görə 3,5 milyon rubl cərimələyib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmənin yaydığı məlumata istinadla xəbər verib.
Bundan əvvəl bildirilmişdi ki, Moskvanın Taqanski Rayon Məhkəməsi “WhatsApp” messencerini 800 min rubl məbləğində cərimələyib.
Qeyd olunur ki, buna səbəb “WhatsApp”ın ani mesajlaşma xidmətinin öhdəlikləri yerinə yetirməməsidir.