AZ

PAŞA Sığorta və PAŞA Həyat şirkətlərinin rəhbərliyində strateji dəyişiklik baş verib (FOTO)

Bakı. Trend:

PAŞA Holdingə daxil olan PAŞA Sığorta və PAŞA Həyat sığortaşirkətlərinin rəhbərliyində rotasiya həyata keçirilib. Stratejiidarəetmə yanaşmasının tərkib hissəsi kimi, hər iki şirkətinrəhbərləri yeni təyinatla bir-birinin rəhbərlik etdiyi qurumakeçib.

Hər iki rəhbər təmsil etdikləri şirkətlərin sığorta bazarındaaparıcı mövqe qazanmasında əhəmiyyətli rol oynayıb. Bu rəhbərlikdəyişikliyi hər iki biznesə yeni baxış bucağı qazandırmaqla PAŞAQrup daxilində liderliyi daha da gücləndirməyə, eyni zamandaetibarlı və təcrübəli rəhbərlərə arxalanmağa imkan verir.

Ülviyyə Cabbarova 2008-ci ildən PAŞA Sığorta şirkətində müxtəlifrəhbər vəzifələrdə çalışaraq, 2012-ci ildən etibarən şirkətin Başİcraçı Direktoru kimi fəaliyyət göstərir. O, həmçinin 2023-cü ildənetibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının MüşahidəŞurasının sədri vəzifəsini icra edir.

Tibb üzrə ali təhsilə malik olan Ülviyyə Cabbarova, StanfordGraduate School of Business (ABŞ), INSEAD (Fransa) kimi nüfuzlu alitəhsil müəssisələrində liderlik proqramlarını bitirib.

Rotasiya nəticəsində Ülviyyə Cabbarova “PAŞA Həyat Sığorta”ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Onun yerinəisə Niyaz İsmayılov “PAŞA Sığorta” ASC-nin Baş İcraçı Direktoruvəzifəsini icra edəcək.

Niyaz İsmayılov 2017-ci ildən etibarən PAŞA Həyat şirkətininİdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, 2006-cı ildən PAŞASığorta komandasında fəaliyyətə başlayaraq anderraytinq vətəkrarsığorta sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış,2010-cu ildən isə PAŞA Həyat Sığorta şirkətində rəhbər vəzifələrtutmuşdur. Bakı Dövlət Universitetində iqtisadi kibernetikaixtisası üzrə ali təhsil alan İsmayılov, sonradan Harvard BusinessSchool (ABŞ) və London Business School (Böyük Britaniya) kiminüfuzlu məktəblərdə liderlik və strategiya proqramlarını dabitirib.

Sözügedən vəzifə dəyişiklikləri 11 iyun tarixindən etibarənqüvvədə olacaq.

PAŞA
PAŞA
Seçilən
54
4
az.trend.az

5Mənbələr