AZ

Rusiya hərəkətə keçir Paşinyanın ətrafında sirli oyun

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

putin-pasinyan-1-900×600.jpg” alt=”” width=”900″ height=”600″ />

Son günlər yayılan iddialara görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı devirməyə hazırlaşır. Putin bu məqsədlə sabiq prezident Serj Sərkisyanın yenidən siyasi arenaya qaytarılması ssenarisini gözdən keçirir.

Bu iddialar Ermənistanda daxili siyasi sabitliyin pozulacağı ehtimalını artırmaqla yanaşı, cəmiyyətin keçmiş hakimiyyət təmsilçilərinə münasibətini də yenidən gündəmə gətirir.

Bu, mümkündürmü? Ermənistan cəmiyyəti keçmiş hakimiyyət nümayəndələrinin iqtidara gəlməsinə imkan verərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycanla sülh nəinki Paşinyanın, ümumiyyətlə Ermənistanın xilası üçün vacibdir:

Həmçinin oxuyun:

Kremldən qalmaqallı Qarabağ açıqlaması – “Putin Trampın o planını bildiyi üçün…”

“Nə qədər ki, sülh imzalanmayıb, Ermənistanın mövcudluğu təhlükə altında olmaqda davam edəcək və üçüncü qüvvələr bu ölkədən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Bu baxımdan düşünürəm ki, Ermənistanın konstruktiv mövqe sərgiləməməsi və danışıqlar prosesini uzatmağa yönəlik fəaliyyət yürütməsi daha çox Ermənistanın maraqlarına zərbə vurur. Çünki Azərbaycan bütün istiqamətlərdə güclü tərəfdir və beynəlxalq mövqeləri getdikcə daha da möhkəmlənir. Ona görə də zaman Ermənistanın əleyhinədir. Əgər rəsmi İrəvan reallıqları nəzərə almasa, daha çətin vəziyyətə düşəcək.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Əli Zülfüqaroğlu

Rusiya Paşinyanı devirməkdənsə, onunla işləməyə çalışır. Qərb tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistan vasitəsilə dəlinməsi bəlli məsələdir. Ermənistan Rusiyadan imtina etməməklə yanaşı, Qərblə münasibətlərini də inkişaf etdirməyə çalışırdı. Həmçinin geosiyasi durum Ukraynada gözləntilərin özünü doğrultmaması, ABŞ-Avropa İttifaqı arasında olan gərginlik və digər amillər Ermənistan hökumətini fərqli siyasi xətt yürütməyə vadar edə bilər. Digər tərəfdən, Ermənistan cəmiyyətində də Sərkisyana münasibət birmənalı deyil. Bu baxımdan düşünmürəm ki, Sərkisyan Rusiya üçün aktuallığını saxlasın. Ona görə də hazırda Ermənistanda Paşinyan daha üstün mövqelərə sahibdir və onun hakimiyyətdən getməsi real görünmür”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
globalinfo.az

1Mənbələr