AZ

Şəhərsalma Forumunun sessiyasının Bakıda keçirilməsi ilə qlobal miqyasda daha bir önəmli çağırış Azərbaycanda müzakirə olunacaq Ülviyyə Zülfiqar

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 2026-cı il mayın 17-21-də Azərbaycanda keçirilməsi qlobal və regional miqyasda mühüm əhəmiyyət daşıyır. Azərbaycan COP29 da daxil olmaqla, irihəcmli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bağlı böyük təcrübəyə malikdir. Nüfuzlu təşkilatların genişmiqyaslı konfrans, forum və tədbirlərinin Azərbaycanda keçirilməsi ilə bağlı etimadı da məhz ölkəmizin bu istiqamətdə hər dəfə nümayiş etdirdiyi uğurlu nəticələrlə əlaqədardır.

Bu fikirləri AZƏRTAC-ın sorğusuna cavabında siyasi ekspert Ülviyə Zülfiqar söyləyib.

Ekspert xatırladıb ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramı tərəfindən 2001-ci ildən təşkil edilir. Forumun ilk sessiyası Keniyada, 2024-cü ildəki sessiyası isə Misirin paytaxtı Qahirə şəhərində keçirilib və tədbirə 185 ölkədən 25 min nümayəndə qatılıb. Göründüyü kimi, bu forum şəhərsalma sahəsində ən mötəbər tədbir olmaqla çox sayda iştirakçının qatıldığı təcrübə və fikir mübadiləsi meydanıdır. Forum iki ildən bir keçirilməklə əsasən müasir dövrün çağırışlarından olan sürətli şəhərsalmaya yönəlib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsinə əsasən, hər kəsin yaşayış yerinə sahib olmaq, eləcə də təmiz suya və sanitar imkanlara çıxış hüququ var. Lakin müasir dünyada şəhərsalma heç də yer üzünün bütün ölkələrində dayanıqlı, nizamlı və planlı şəkildə getmir. Dünyanın müxtəlif ölkələrində çox sayda gecəqondu məhəllələrinin olmasını, nizamsız şəkildə məskunlaşma nəticəsində insanların su mənbələri və sanitar imkanlara normal çıxışlarının olmadığını nəzərə alsaq, forum günümüzün və gələcəyin ən mühüm və aktual məsələsinə nəzər salır.

Forum zamanı çox sayda şəhərsalma mütəxəssisi, ekspert, vətəndaş cəmiyyəti nümayəndəsi bir araya gələrək mövzu ilə bağlı fikir mübadiləsi aparacaq. Bununla da qlobal miqyasda önəm daşıyan daha bir çağırış və bu çağırışdan irəli gələn məsələlər Azərbaycanda müzakirə olunacaq”, - deyə Ü.Zülfiqar əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
azertag.az

2Mənbələr