AZ

ŞAD XƏBƏR: Yaxın bir neçə ildə paytaxtdakı bütün avtobuslar...

Havaların isinməsi ilə ictimai nəqliyyatda gediş-gəliş daha da dözülməz hal alır. Paytaxtda isə yetərincə çox köhnə avtobuslar fəaliyyət göstərir. Bu avtobuslarda kondisionerlərin olmaması ilə yanaşı antisanitar vəziyyət də vətəndaşlar üçün təhlükə yaradır.

 

Bəs bu avtobuslar xəttlərdən niyə yığışdırılmır? Ümumiyyəylə, bir avtobusun istifadə müddəti nə qədərdir? Bununla bağlı hansı qaydalar mövcuddur?

 

Nəqliyyat məsələləri üzrə Elməddin Muradlı “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.

 



“Əksər avtobusların istismar müddəti təxminən 10 il qəbul olunur. Amma Azərbaycanda elə avtobuslar mövcuddur ki, təxminən 20 ildir artıq istismar olunur. Təbii ki, birdən-birə onların hamısı istismardan kənarlaşdırmaq mümkün deyil. Çünki onların yerini yeniləri əvəz etməlidir. Lakin bu tam mümkün deyil, mərhələli şəkildə edilir. Əvvəlki dövrlərlə müqayisədə görürük ki, yollarda yeni avtobusların sayı çoxdur. Demək ki, müəyyən işlər görülür. Bu proses sistemli şəkildə yerinə yetirilsə, yaxın bir neçə ilə bütün avtobuslar yenilənə bilər. Lakin qısa müddətdə bu gözlənilə bilməz”.

 

Ekspert qeyd edib ki, bu məsələdə yeni avtobusların qiymətlərinin baha olmasının da rolu var.

 

“Bu gün paytaxtda təxminən 400 avtobus artıq istismara yaramır. Yəni xəttlərdə gördüyümüz avtobusların 400-nün artıq istismar müddəti bitib. Ümumilikdə, Bakı şəhərində cəmi 2200 avtobusdan 1000-ə yaxın avtobus isə yenilənməlidir. Nəzərə alsaq ki, avtobusların qiyməti də kifayət qədər bahadır. Sıxılmış qazla işləyən normal avtobuslar 300 min manatdan, elektrikli avtobuslar isə 400-500 min manatdan başlayan qiymətlərlə təklif olunur. Buna görə də, həm dövlətin həm də fərdi sahibkarların bunu birdən-birə etməyi mümkün deyil”.

 

Fidan Vəlisoy 

Seçilən
41
referans.az

1Mənbələr