BAKI, 10 iyun. TELEQRAF
Los-Ancelesdə qeyri-qanuni mühacirlərə qarşı basqınlar səbəbindən başlayan etirazlar Texas ştatına da keçib.
Teleqraf xəbər verir ki, bu barədə qubernator "Interfax" məlumat yayıb.
Məlumatat görə, Ostin və Dallasda da etiraz aksiyaları keçirilib, onlarla nümayişçi həbs edilib.
Üç gündür etirazların davam etdiyi Los-Anceleslə yanaşı, San-Fransisko və Santa Ana şəhərlərində də nümayişçilərin küçələrə çıxdığı vurğulanır. Hazırda Milli Qvardiyanın bölmələri federal binaların təhlükəsizliyini təmin etmək üçün oraya gəliblər.
Kaliforniya qubernatoru Gavin Newsom bildirib ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İmmiqrasiya və Gömrük Mühafizəsi reydlərinə qarşı etirazları dağıtmaq üçün Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərmək qərarına gəlib. Bundan əvvəl Tramp 2000 hərbçinin göndərilməsi barədə göstəriş vermişdi.