Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib.
Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, sözügedən saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın Çinlə iqtisadi əlaqələri ən yüksək səviyyədədir.
Qabil Hüseynli bu əlaqələri son dərəcə uğurlu hesab edir:
“Bu iqtisadi münasibətlərin inkişafında xüsusilə orta və kiçik sahibkarlıq mühüm rol oynayır. Onlar kompüter texnikasından tutmuş müxtəlif maşın və kombaynlara qədər bir çox məhsulları Çindən Azərbaycana gətirirlər.
Lakin indiyə qədər viza rejiminin olması bu sahibkarlar üçün ciddi çətinliklər yaradırdı. Viza xərcləri, bürokratik maneələr, gömrük sistemindəki problemlər onların qazancına ciddi təsir edirdi. İndi isə vəziyyətin xeyli yüngülləşəcəyini düşünürəm.
Artıq sahibkar təyyarəyə minib birbaşa Pekinə və ya Şanxaya gedəcək, lazım olan malları alacaq və geri qayıdacaq. Gömrük prosesində nə kimi dəyişikliklərin olacağını deyə bilmərəm, amma hesab edirəm ki, bu saziş nəticəsində sahibkarlarımızın gəlirləri artacaq. Onlar artıq bu prosesi daha az əziyyətlə və daha rahat həyata keçirə biləcəklər”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qabil Hüseynli əlavə edib ki, bu qərarın siyasi tərəfləri də var:
“Əlbəttə, bunun siyasi tərəfləri də var. Siyasi baxımdan bu razılaşmanın ən önəmli tərəfi ondan ibarətdir ki, Çin bölgənin supergücü kimi çıxış edir. Məsələn, Hindistanın Baş nazirinin bir neçə gün əvvəl “Azərbaycanı almaq üçün bir güllə belə atmağa ehtiyac yoxdur” deməsi diplomatik baxımdan məsuliyyətsiz və etikadan uzaq, diplomatik qaydalara uyğun gəlməyən bir ifadədir.
Çin isə bu bölgənin supergüclərindən biridir. Həmçinin, belə məsuliyyətsiz yanaşmaların qarşısında dayanan bir qüvvədir. Tarixən Çin ilə türk xalqları arasında münasibətlər mövcud olub. Hazırda Çin ilə Orta Asiya türk respublikaları, Azərbaycan və Türkiyə arasında əlaqələr sürətlə inkişaf edir.
Bu inkişaf bizə həm iqtisadi mənfəət, həm də texnoloji tərəqqi gətirir. Qarşılıqlı iqtisadi əməkdaşlıq hər iki ölkənin inkişafına böyük töhfə verir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.